Qarabag, yoxsa qara bağ?!

Odlar yurdu Azərbaycanımın bir parçasıdır,döyünən ürəyidir Qarabağ!
Gözəl,səfalı ,gəl-gəl deyən yaylaqları,əyilməz dağları,yenilməz köhlən atları,əlvan ətirli çiçəkləri,xarı bülbülü,sıx meşələri ilə dünyaya səs salan Qarabağ!
Şuşa! Qəsbkar şahların başını bədənindən ayıran,onlarca fatehi atından düşürən tarixi şəhər,gözəl məkan!
Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biridir.Qarabağın Fizuli rayonunun Quruçay vadisindəki Azıx mağarasında aşkar edilən arxeoloji tapıntılar burada insanın 1,5 mln il əvvəldən yaşadığını təsdiqləyir.

Qarabağ ərazisi e.ə ııı əsrdə yaranmış Albaniya dövlətinin tərkibinə daxil olmuşdur. Daha sonralar isə Sacilər,Salarilər,Şəddadilər,Atabəylər,Hülakülər,Qaraqoyunlu,Ağqoyunlu kimi bir-birini əvəz edən müsəlman dövlətlərinin tərkibində olmuşdur.
Azərbaycan Səfəvilər dövlətinin yaradılması butun Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinin əsasını qoydu.
Bu dovlətin tərkibində yaradilan dörd əyalətdən birinin adı Qarabağ idi.
Səfəvilər dövlətinin varlığına son qoymuş Nadir şahın ölümündən sonra Azərbaycanda yeni müstəqil və yarımmüstəqil xanlıqıar yarandı.Onların biridə Qarabağ xanlığı idi.
Pənahəli xan bütün Qarabağı özünə tabe edib burada Qarabağ xanlığını yaratmışdir.Pənahəli xanin və onun oğlu İbrahim xanın dövründə Qarabağda böyuk abadlıq,inşaat işləri aparılmışdır.
Ardı-arası kəsilməyən xarici hücumlardan qorunmaq üçün Pənahəli xan möhtəşəm müdafiyə qalaları tikdirmişdi. 1748-ci ildə Bayat qalası,1751-52 ci illərdə Şahbulağ qalası, 1756-57 ci illərdə isə uca bir dagın başında Şuşa qalası salındı.
Qarabağ torpağında ermənilərin kütləvi məskunlaşması xıx əsrin əvvəlindən başlamışdır.1828-ci ildə Rusiya çarının əmri ilə işğal olunmuş İrəvan xanlığı ərazisində erməni vilayəti yaradıldı.
1918-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı irimiqyaslı təcavüzə başladı.Naxcıvan şəhəri işğal olundu,Zəngəzur və Qarabağ bölgələrinə kutləvi hücumlar 115 kəndin viran edilməsi və7729 azərbaycanlının qətlə yetirilməsi ilə nəticələndi.
1923-cu il 7 iyun tarixində Az.SSRmərkəzi icrayə komitəsinin inzibati mərkəzi Xankəndi olmaqla, D.Qarabağda muxtar vilayətin yaradılması haqqında qərar qəbul etdi.
Ermənistanın azərbaycanlı əhalisi həmişə təzyiq altında yaşaması onlarin öz vətənlərindən kütləvi deportasiyası ilə nəticələnib.
1989 cu il dekbrın 1-də Ermənistan SSR ali soveti D.Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqinda qərar qəbul etdi. Bununla da beynəlxalq hüququn əsas norma və prinsipləri pozaraq Ermənistan qonşu dövlətin ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi.
Bununla da Qarabağ müharibəsi başladı.
1992 ci il fevralin 25-26 da Xocalı
1992 ci il mayın 8 də Şuşa,
1992 ci il mayın 18 də Laçın
1992 ci il oktyabrın 2 də Xocavənd
1993 cü il aprelin 2-də Kəlbəcər
1993 cü il iyunun 17-də Ağdərə
1993 cü il iyulun 23-də Ağdam
1993 cü il avqustun 23-də Cəbrayıl, və Füzuli
1993 cü il avqustun 31-də Qubadlı
1993 cü il oktyabrın 29-da Zəngilan rayonları işgal olundu.

Tarix xalqın kökündədir,xalqın yaşadığı həqiqətdə,əzabda,ağrıdadır.Biz bu həqiqətlərdən,bu olanlardan dərs almalıyıq.Tarix saxta yazılanda,günahsız insanlara güllə atılanda,ulu babalarımızın məzarları olan torpaqlar düşmən tapdağı altında qalanda səbr etməməliyik, mübarizə aparmalıyıq.
Nə qədər yer üzünün amansız silahı var o qədər də anaların fəryadı var.
Nə qədər dünyada haqsızlıq var,o qədər də haqq uğrunda mübarizə aparan var. Biz gənclər də gəncliyin səsini ucaldaraq haqqi tələb etməliyik.Tökülən nahaq qanlari yerde qoymamaliyiq.
Çox çətin sınaqlardan keçən vənimizdə ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mərkəzləşdirilmiş, demokratik hakimiyyət quruldu. 1994 cü il mayın 12-də Azərbaycan resp.sı və onunla elan olunmamış müharibə aparan Ermənistan resp.sı arasında atəşkəs əldə edildi.
Ancaq hələ də Qarabagimiz düşmən tapdagından azad edilməyib, torpaqlarımızın azad edilməsi vəzifəsi biz gənclərin üzərinə düşən ən şərəfli vəzifələrdən biridir.Vətənimizin azadlığı və ərazi bütövlüyü naminə bu vəzifəni həyata keçirmək bizim ən böyük arzumuz,ən müqəddəs borcumuzdur! Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik!

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: