Kategori arşivi: Sabahki tarixmiz

Bu günün və gələcəyin tarixini yazanlar

Şuşa bizsiz , biz Şuşasız 21 il

Şuşa

Şuşa

Şuşa, Azərbaycanda (Qarabağ) şəhərdir. Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən qurulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun hakimiyyəti illərində, 1757 ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir.

Əsrlər boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir. Şuşa şəhəri – Azərbaycanın Şuşa rayonunun mərkəzidir 
Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin hamısını sadalamaqla qurtarmaz. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi var idi
8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu …