Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 90 il keçir

Zərifə Əliyeva

Zərifə Əliyeva

Aprelin 28-de XX esr Azerbaycan tarixinin görkemli simalarından sayılan Zerife xanım Eliyevanın anadan olmasının 88-ci ildönümü tamam olur. Zerife Eliyeva 1923-cü il aprelin 28-de qedim Naxçıvanın Şahtaxtı kendinde görkemli ictimai ve dövlet xadimi, xalqımızın böyük oğlu Eziz Eliyevin ailesinde dünyaya göz açıb. Atasının ömür yolu onun üçün esl heyat mektebine çevrilib.
Zerife xanım Eliyeva ümummilli lider Heyder Eliyevin vefalı ömür-gün yoldaşı, sedaqetli dostu ve etibarlı silahdaşı olub. Vaxtile Eziz Eliyevin ailesinde görüb-götürdükleri yaxşı bir tecrübe kimi ölkenin birinci şexsinin xanımı olduğu zamanlarda kömeyine çatıb. O, Heyder Eliyeve menevi dayaq, arxa olmuşdur.
Akademik Zerife Eliyevanın alim kimi qazandığı böyük uğurlar Azerbaycan tibb elminin tarixinde ayrıca bir merhele teşkil edir. Onun elmi fealiyyeti çox zengin ve ehateli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına hesr edilmiş çoxprofilli tedqiqatlar aparıb ve deyerli elmi-tedqiqat işleri yazıb.
Müxtelif göz xesteliklerinin müalice ve profilaktika tedbirlerinin işlenib hazırlanması ile meşğul olan Zerife xanım özünün tedqiqat işlerini traxomanın müalicesi ile bağlı meselelere, habele traxomanın ve onun ağır neticelerinin müalicesi zamanı o dövrde yeni olan antibiotiklerin imkanlarından semereli istifade etmeyin öyrenilmesine hesr edib.
Bu tedqiqatların neticeleri Zerife xanım Eliyevanın 1960-cı ilde “Sintomisin terapiya metodlarının başqa birleşmeleri traxomanın müalicesi” mövzusunda müveffeqiyyetle müdafie etdiyi namizedlik dissertasiyasının esasını teşkil edib.

Zərifə Əliyeva və Heydər Əliyev

Zərifə Əliyeva və Heydər Əliyev

1968-ci ilden başlayaraq Zerife xanım Eliyeva professional oftalmologiyanın problemleri ile ciddi meşğul olmuşdur. Bu sahenin ehate dairesinin çox geniş olmasına baxmayaraq, gözün peşe xestelikleri problemine derin ve çoxsaheli marağını Zerife Eliyeva bütün heyatı boyu itirmemişdir. Alim dünyada ilk defe olaraq peşe patalogiyasını araşdıran elmi-tedqiqat laboratoriyası yaradıb ve praktiki olaraq elm aleminde yeni bir istiqametin – peşe oftalmologiyasının esasını qoyub. Apardığı tedqiqatların gedişinde “Göz yaşının axmasının fiziologiyası”, “Gözün ve görme sinir yolunun yaşla elaqedar deyişiklikleri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji tebieti” ve s. kimi onlarla elmi meqaleler ve monoqrafiyalar çap etdirib.
Uzunmüddetli müşahidelerin ve tedqiqatların neticeleri görkemli hekimin “Azerbaycanın kimya senayesinin bezi müessiselerinin işçilerinin görme üzvünün veziyyeti” mövzusunda doktorluq dissertasiyasının esasını teşkil etmişdir. 1976-cı ilde Q. Helmqolts adına Moskva Göz Xestelikleri İnstitutunda hemin dissertasiyanın müdafiesi zamanı Sovet İttifaqının aparıcı alimleri Zerife xanımın elmi eserlerini çox yüksek qiymetlendiribler.
Zerife Eliyevaya 1977-ci ilde tibb elmleri doktoru elmi derecesi verilib.
Görme orqanının peşe patologiyası sahesinde apardığı elmi tedqiqat işlerinin uğurlu neticelerine göre akademik Zerife Eliyeva keçmiş SSRİ-nin oftalmologiya sahesinde en möteber mükafatı olan SSRİ Tibb Elmleri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-de bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixine düşüb.
Zerife xanım haqlı olaraq bele hesab edirdi ki, hekimin peşe mövqeyi onun xesteye münasibetini müeyyenleşdiren başlıca amildir: “Yalnız o şexs esl hekimdir ki, xestenin ağrılarını mehz özünün ağrıları hesab edir. Bele bir hekim üçün her defe xesteni qebul etmek , her defe xesteliye düçar olmuş insanla söhbet etmek hem xeste qarşısında, hem de cemiyyet qarşısında, en başlıcası ise öz vicdanı qarşısında exlaqi mesuliyyet demekdir”.

Zərifə Əliyeva

Zərifə Əliyeva

Akademik Zerife Eliyeva hem de görkemli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafie Komitesinin üzvü, Azerbaycan Sülhü Müdafie Komitesi sedrinin müavini, Ümumittifaq “Bilik” Cemiyyeti İdare Heyetinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cemiyyeti Reyaset Heyetinin üzvü olmuş, “Emekdar Elm Xadimi” fexri adına layiq görülüb. Zerife xanım Eliyeva 1985-ci il aprelin 15-de Moskva şeherinde vefat edib.

Reklamlar

Nisan 28, 2013 tarihinde Azərbaycan tarixi içinde yayınlandı. Kalıcı bağlantıyı yer imlerinize ekleyin. Yorum yapın.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: