Azərbaycanın ürəyi Təbriz

Təbriz-Urmiya gölü

Təbriz-Urmiya gölü

Təbriz — İranın dördüncü böyük şəhəri, Şərqi Azərbaycan ostanının inzibati mərkəzi. Təbriz şəhəri Azərbaycanlılarının mənəvi paytaxtı hesab olunur.

Əhalisi 1.398.060 nəfərdir. Əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir. Şəhər Eynəli dağının cənubunda, Səhənd vulkanik qalxımından şimalda yerləşir.

Azərbaycanın mədəniyyət mərkəzlərindən biri olan Təbriz qədim dövrlərdən etibarən strateji mövqeyinə və əlverişli iqlim şəraitinə görə qədim Şərqdə şöhrət qazanmışdır.Ən qədim dövrlərdən mühüm ticarət yolları Cənubi Qafqazİberiya və Qafqaz Albaniyasından Cənuba doğru – Mesopotamiya və Hindistana gedən ticarət yolları bu şəhərdən keçib getmişdir. Qərbdən uzanan ticarət yolları da Kiçik Asiyanı keçərək Təbriz şəhərində Beynəlnəhreyn və Hindistandan gələn yollarla birləşmişdir. Beləliklə Təbriz şəhərinin inkişaf etməsinə təsir göstərən mühüm amillərdən biri ticarət yolları olmuşdur. Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Bu ərazidə əkinçilik və maldarlıqla yanaşı sənətkarlıq da inkişaf etmişdi. ZiviyəHəsənli vəYanıqtəpədən əldə edilən arxeoloji materiallar bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Assur mixi yazılarında şəhərin adı Tavreş kimi çəkilir və burada nəhəng qalanın olması qeyd edilir. Təbriz şəhəri PolibiDiodor və Ptolomeyə görə Ovront dağının (Səhənd)ətəyində yerləşir. Müasir Təbriz, Mərənd və Xoy şəhərlərinin yerləşdiyi ərazi Manna dövründə Sanqbitu adlanırdı. Bu ərazi Urmiya gölünün Şimal və Şimal-Qərb ərazisini əhatə edirdi. Xəzər dənizi ilə Urmiya gölü arasındakı ərazi – Təbriz və Miyanə rayonları Zikirtu adlanırdı. Sanqbitu və Zikirtu rayonları öz dövrlərinə görə inkişaf etmiş rayonlar idi. Bunu arxeoloji qazıntılar və yazılı məlumatlar da təsdiqləyir. Belə ki, Assur hökmdarı II Sarqonun Urartu dövlətinə yürüşü zamanı bu ərazi onun ordusunu un və şərabla, habelə yük və minik heyvanı ilə təmin etmişdi.

Təbriz şəhərinin tarixinin öyrənilməsi üçün Assur hökmdarı II Sarqonun (e.ə. 722-701) e.ə. 714-cü ildə Manna ərazisinə soyğunçu hücumunun və onun bu hücum haqqında verdiyi məlumatların böyük əhəmiyyəti vardır. Bu hücum zamanı yazılmış II Sarqonun kitabəsi, Manna və habelə Təbriz şəhərinin tarixinin öyrənilməsinə dair ən qiymətli sənəddir. Həmin kitabədə deyilir: “Tarmakisdə əhəmiyyətli istehkamlar vardır. Burada yaradılan səddlər möhkəmdir. Həmin səddlər böyük xəndəklər vasitəsi ilə dövrəyə alınmışdır. Dövlət qoşunlarının əlavə qüvvəsi də burada saxlanılır. Eyni zamanda onların atları da burada bəslənilir. Ətraf rayonların əhalisi mənim qorxumdan buraya toplanmışdı. Mən bura hücum edən zaman əhali buranı tərk edərək susuz çöllərə qaçmağa məcbur oldu (susuz çöl dedikdə Muğan nəzərdə tutulur). Mən bu mahalı ələ keçirdim. Müdafiə istehkamı halına salınmış yaşayış yerləri arasında döyüşlərə başladım. Daxildə olan yaşayış yerlərinə od vurdum, qala sakinlərinin külli miqdarda olan ərzaqlarını yandırıb məhv etdim. Bundan başqa həmin qala ətrafında olan 30 kəndi də yandırdım.”

  • XII—XIII əsr — Atabəylər dövlətinin paytaxtı olmuşdur.
  • 13751468 — Qaraqoyunlular dövlətinin paytaxtı olmuşdur.
  • 14691501 — Ağqoyunlular dövlətinin paytaxtı olmuşdur.
  • 15011548 — Səfəvilər dövlətinin paytaxtı olmuşdur.

100820121869Şəhər qırmızı rəngli torpağa sahib olan Eynal-Zeynal və yaxud Surxab yüksəkliyinin Cənubunda yerləşir. Bu ovalığın səviyyəsi Urmiya gölünün Şimal-Şərq bucağına tərəf getdikcə azalır. Eynal-Zeynal yüksəkliyi dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşməklə bərabər, şəhərin Şimal-Qərbindən başlayaraq Qaradağ silsiləsini Səhənd dağı ilə birləşdirir. Şəhərin Cənubunda dəniz səviyyəsindən 3547 m hündürlüyə malik olub, zirvəsi daim qarla örtülü olan Səhənd dağı ilə şəhər arasında təxminən 50 km məsafə var. Bu dağ qədim Assur mənblərində Uauş dağı adlandırılır. Dağın şimalında və şəhərin cənubunda yerləşən Yanıq adlanan təpələr, dəniz səviyyəsindən 500-600 m hündürdə yerləşir. Şərq tərəfdən şəhəri çox yüksək olmayan Sarı dağ (farslar bu dağı Zərdüguh adlandırır) əhatə edir. Şəhərin ərazisi dəniz səviyyəsindən 1350-1500 mm-ə qədər yeksəklikdə yerləşir. Beləliklə Təbriz şəhərinin ətrafında olan dağlar onu üzük qaşı kimi əhatə etmişdir.

Şəhər və onun ətrafının əlverişli təbii-coğrafi şəraiti, orada insan məskənlərinin hələ qədim dövrlərdən yaranmasına səbəb olmuşdur. Təbriz şəhəri və onun ətrafında olan əkin sahələri, habelə bağlar su ehtiyyatı az olan kiçik dağ çayları və arxlar vasitəsiylə suvarılır.

Lakin elə çaylar da vardır ki, onlardan yalnız ilin müəyyən dövrlərində istifadə etmək olur. Qalan dövrlərdə isə suyun tərkibində duz məhlulları çox olduğundan suvarılma işi çətinləşir. Belə çaylardan biri də Acıçay çayıdır. Bu çay Savalan dağının Şərq ətəklərindən başlanğıcını alaraq, Sərab mahalını suvardıqdan sonra Xanımrud mahalında İskəndərçayla birləşir və Təbriz şəhərinin Şimalından keçir. Acıçay Mayan, Axola, Baranlı, Satınlı və Şora kəndlərinin ərazisindən keçərək Urmiya gölünə tökülür.

Orta əsr müəllifi Həmdullah Qəzviniyə görə vaxtilə Təbriz şəhərinin ətrafında 600-ə qədər kəhriz mövcud olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycanda kəhriz suvarma sisteminin tarixi çox qədimdir. Təbriz ərazisi kontinental əraziyə malikdir. Burada qışda tempratur -28, yayda isə +25/30 dərəcə olur.


Təbriz qədim dövrlərdən Azərbaycanın paytaxtı olmaqla yanaşı, həm də atəşpərəstliyin mərkəzlərindən biri olmuşdur. Hazırda Təbriz yaxınlığında Allahu-əkbər dağı üstündə (Baba dağıyaxınlığında) möhkəm daş divarlara malik olan atəşgah binasının qalıqları saxlanlır. Bu atəşgah xalq arasında Zərdüşt peyğəmbər atəşgahı adı ilə məşhurdur.

Təbriz tarixi boyu dəfələrlə (858, 1041 və 1721-ci illərdə) zəlzələlərlə viran olub. Bu zəlzələlər tarixi abidələrin çoxunu məhv edib. Bu zəlzələlərdən salamat çıxan ən önəmli abidələr Ərk qalası vəGöy məsciddir. Təbrizdə səkkizdən çox böyük muzey var:

Ərk qalası

Ərk qalası

Şairlər məqbərəsi

Şairlər məqbərəsi

Göy məsçid

Göy məsçid

Göy məsçid-öndən görünüş

Göy məsçid-öndən görünüş

Xəqani parkı

Xəqani parkı

Azərbaycan muzeyi -giriş qapısı

Azərbaycan muzeyi -giriş qapısı

090820121810

Azərbaycan muzeyi- giriş qapısı

Azərbaycan muzeyi

Azərbaycan muzeyi

Azərbaycan muzeyindən görüntülər

Azərbaycan muzeyindən görüntülər

Qacar muzeyi

Qacar muzeyi

 

Reklamlar

Nisan 27, 2013 tarihinde Azərbaycan tarixi içinde yayınlandı. Kalıcı bağlantıyı yer imlerinize ekleyin. Yorum yapın.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: