Avroviziya-2012 mahnı yarışması və müstəqil Azərbaycan.

  Bildiyimiz kimi 2011 ci ildə Almaniyanın Dusseldorf şəhərində keçirilən Avroviziya-2011 mahnı yarışmasında Azərbaycanı Eldar Qasımov və Nigar Camal ,,Running scared,, mahnısı ilə təmsil ediblər.Məhz bu mahnının ifası müsabiqədəki 4 illik iştirakı muddətində ilk dəfə ölkəmizə qələbə qazandırıb.Bununla da 2012-ci ildə keciriləcək Auroviziya 2012 mahnı yarısmasına Azərbaycan ev sahibliyi etmək hüququ əldə edib.

2011 ci il mayın 19-da prezident İlham Əliyev «Eurovision–2012» mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, «Eurovision–2012» mahnı musabiqəsinin kecirilməsi ilə baglı yaradılacaq təskilat komitəsinə prezidentin xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva sədrlik edəcək.

 Təşkilat Komitəsinə 6 nazir, Bakı şəhər icra hakimiyyətinin başçısı, Ictimai TV-nin baş direktoru, bir neçə düvlət qurumlarının prezidentləri və digər rəsmi şəxslər üzv seçilib.

  Azərbaycanın bu möhtəsəm tədbirə ev sahibliyi etməsi ilk növbədə turizm sahəsinin daha da inkisaf etməsinə səbəb olacaq.Turizm ili çərçivəsində iri infrasturuktur layihələrin həyata keçirilməsi,o cümlədən 2011-2013 cu illərdə Bakı şəhəri,ətraf qəsəbələrin və regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramının qəbul edilməsi də bu işə öz töhfəsini verəcək.

Təkcə bu müsabiqə ilə əlaqədar ölkəmizə təxminən 70 minə yaxın turistin gələcəyi gözlənilir.Bu isə turizm sahəsinin daha da inkişafına və bu sahədən gələn gəlirin ən azı 10% artmasına səbəb olacaq.

Bu müsabiqənin Azərbaycanda keçirilməsi bizə imkan verəcək ki,ölkəmiz haqqinda olan həqiqətləri Avropalı qonaqlara olduğu kimi çatdıraq.Azərbaycanın əsas problemlərindən olan Qarabag münaqişəsi barədə,torpaqlarımızın 20% nin işğalçı Ermənistan Respublikası tərəfindən işğal olunduğunu,bir milyona yaxın soydaşlarımızın doğma yurdlarından didərgin düşmələri barədə məlumatları ilk mənbədən alacaqlar.

Ölkəmizin qədim tarixə malik bir dövlət olması,milli mədəniyyətimiz və ənənələrimiz,musiqimiz,mədəni və mənəvi irsimiz haqqinda daha da dolğun şəkildə məlumatları olacaq.

Bu yarısmaya ev sahibliyi etmək gələn qonaqlara imkan verəcək ki,ölkəmizdə insan hüquq və azadlıqlarına nə qədər önəm verildiyini,ölkəmizin ən tolerant ölkə olduğunu,müxtəlif millətlərin mehribanlıq şəraitində yasamasını öz gözləri ilə görsünlər.Azərbaycanda iqtisadi inkisafin,əmin amanlığin,sabitliyin olduğunu öz gözləri ilə görəcəklər ki,bu da son nəticədə iqtisadiyyatın inkisafında əsas amillərdən biri olan invenstisiyaların ölkəyə axınını daha da sürətləndirəcək.Iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoyulmasına maraq artacaq.Təbii ki,bütün bunlar yeni iş yerlərinin açılmasına və insanların islə təmin olunmasına müsbət təsir göstərəcək.

 2012-ci ilin may ayında Bakıda keciriləcək 57-ci  Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı  Səbinə Babayeva təmsil edəcək.

O, 2008-ci ildən Avroviziya Mahnı Müsabiqəsi üzrə Milli Secim turlarında ardıcıl istirak etmişdir.

 Azərbaycan teleməkanında Eurovision Mahnı Müsabiqəsi ilk dəfə 2006-cı ildən yayımlanmışdır.

Müsabiqənin Azərbaycanda yayım hüququ Ictimai Televiziya və Radio Yayımları Şirkətinə (ITRYS) məxsusdur.

 Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan Eurovision Mahnı Müsabiqəsinə ciddi hazırlığı və yanaşması ilə də seçilib. Nümayəndə heyətimiz hər il bu müsabiqədə yüksək səviyyədə təmsil olunmaq və Odlar Yurdunun dünyaya səs salan musiqi mədəniyyətini Avropaya mükəmməl təqdim etməyi qarşıya məqsəd qoyub.

 Azərbaycanın Eurovision Mahnı Müsabiqəsində istirakının ilk günündən layihəyə dəstək verən Heydər Əliyev Fondunun təşkilatcılıgı bu yarışmada uğurla təmsil olunmağımızda mühüm rol oynayıb.

  Hazırda paytaxt Bakıda 57-ci Eurovision Mahnı Müsabiqəsinə ciddi hazırlıq gedir.

   2012-ci ilin may ayında Bakıda keciriləcək Eurovision Mahnı Müsabiqəsinə hazırlıq çərçivəsində Heydər Əliyev Fondu ilə Ictimai Televiziya və Radio Yayımları Şirkəti arasında əməkdaslığa dair anlaşma memorandumu imzalanıb.

Razılaşmaya əsasən, bütün təşkilatı işlərdə, eləcə də Bakı şəhərinin müsabiqəyə uyğun bəzədilməsi, Eurovision Mahnı Müsabiqəsi həftələrində “Eurovillage”, “Euroclub” kimi ənənəvi sosial proqramların təşkilində və könüllülər komandasının cəlb olunmasında yardım göstərilməsi və digər məsələlər nəzərdə tutulur.

  “EuroVillage” Eurovision Mahnı Müsabiqəsinin əsas məkanlarından biridir. Mahnı Musabiqəsinin təntənəli acılışı məhz “EuroVillage”də keciriləcək. Bununla da Eurovision Mahnı Müsabiqəsi günləri rəsmən start götürür.

 Mənim ölkəmə yalniz və yalniz qələbə,qalibiyyət yaraşır.Hər yerdə,hər zaman,hər sahədə.Bu qalibiyyətlər bizi işıqlı sabaha,nurlu gıləcəyə doğru istiqamətləndirir.Məhz bu nailiyyətlər bizim üçrəngli bayrağımızı göylərə qaldırır,Azərbaycanımızın sədasını bütün dünyaya çatdırır.Istər idman,istər tarix,istərsə də mədəniyyət sahəsində.Fərq etməz.əsas olan ölkəmizi qürurla təmsil etmək və vətənimizə,xalqımıza qalibiyyət sevincini yaşatmaqdır.Əsas olan həmişə öndə olmaq,həmişə qələbə çalmaq və bütün dünyaya səs salmaqdir.Əsas olan ölkəmizi,tariximizin əzəmətini,mədəniyyətimizin zənginliyini tanitmaqdır ve əsas olan odur ki,Azərbaycanımızın musiqi sədaları dünyanın hər tərfindən eşidilsin,dünyanın hər bir bucağini titretsin.Necə ki,2011-ci ilin mayinda RUNNING SCARED mahnisi ilə ölkəmizə qalibiyyət gətirən Eldar və Nigar EY ƏZIZ ANAM AZƏRBAYCAN oxumaqla bütün Avropanı titretdilər.Onlar qələbəni Odlar yurduna gətirdilər.Bütün Avropa ölkələrinin qosulduğu EUROVISION mahni müsabiqəsində istirak ömrunə görə cox gənc olmasina baxmayaraq istirakinin dördüncü ilində bu qələb Azərbaycanın oldu.Bu qalibiyyət çox-çox qədimlərdən tarixin süzgəcidən keçərək bu günə gəlib çatmış musiqimizin gücünü bütün  dünyaya çatdırdı. Bu qələbənin birincilik,qalibiyyət,yüksəklik anlayısları ilə yanası inkisaf,tanıtım anlayısı da vardır.Bu isə  o deməkdir ki,2012-ci ilin mayinda bütün Avropanin diqqəti Azərbaycana,paytaxt Bakiya yönələcək.Eləcə də,Azərbaycan bütün Avropa ölkələrinə ev sahibliyi edəcək.Bu qələbə bütün Avropa ölkələrini məhz Azərbaycanda cəmləməyə,ölkemizi hərtrəfli şəkildə bütün dünyaya tanitmaga,iqtisadiyyatini,mədəniyyətini daha da inkisaf etdirməyə əsas oldu.Bu bir il ərzində   ayri-ayri Avropa ölkələrinin kanallarinda yayimlanan Azərbaycan,onun tarixi,mədəniyyəti haqqinda sujetlər,ölkəmizdə qonaqlari yüksək səviyyədə qarşilamaq,yerləşdirmək üçün tikilən otellər,çəkilən yollar,aparilan abadliq işləri və s ölkəmizin iqtisadi,siyasi,turizm,mədəniyyəti baxımdan inkisafina böyük bir təkan verdi.Bu il ev sahibliyi edəcək xalqimiz  qonaqlarina  LIGHT YOUR FIRE(alovunu isiqlandir) deyəcək və bununla da Odlar yurdu olan Azərbaycan bütün istiliyini,qonaqpərvərliyini,adət-ənənələrini nümayis etdirəcək.Indi hər bir Azərbaycan vətəndası bu müsabiqənin keçirilməsini böyük səbirsizliklə gözləyir.Həm ev sahibliyi,həm də ölkəmizə pənah gətirəcək minlərlə insani layiqincə Odlar yurdu Azərbaycanın adına yarasan bir şəkildə qarsılamaq həyəcanı tutduğu vəzifəsindən,cəmiyyətdəki mövqeyindən  asili olmayaraq hər bir Azərbaycan vətəndaşının qəlbini buruyub.Inanıram ki xalqımız bu işin öhdəsindən yüksək səviyyədə gələcəkdir və inanıram ki,bu ilki müsabiqədən sonra uğurlarımızın sırasına daha bir uğur əlavə olunacaq.

 Uğurlar Azərbaycan!!!

Reklamlar

Mayıs 17, 2012 tarihinde Maraqlı məlumatlar içinde yayınlandı. Kalıcı bağlantıyı yer imlerinize ekleyin. 6 Yorum.

  1. tesekkur edirem.cox sag olun.

  2. Ela cox gozeldir!cox beyendim!

  3. AXır ki Eurovision`dan razı qalan bir blogger tapdım. Bu camaatda anti-eurovision fikrini kim yaradıb bilmirəm amma, yaratmaqda çox səhv iş görüb)) ölkəmizə uğurlar. İnşallah yaxın illərdə yenidən Bakıda keçirmək nəsib olar bu müsabiqəni.

    • Niyədə narazı olmalıyiq ki , Azərbaycanın bütün milli dəyərləri artıq bütün dünyaya tanıdıldı!Ən azından Azərbaycan Respublikası ilk müsəlman və tükr dövləti olaraq bu gənc yaşında müsabiqənin ev sahibi oldu!çox sağolsun bu müsabiqə üçün can qoyan hərkəs!

  4. Tam razıyam. Bu müsabiqəylə Azərbaycanın mədəniyyəti və qüdrəti bütün dünyaya tanıdıldı. Eurovision vasitəsilə Azərbaycanı artıq bütün dünya tanıdı. Postkardlarda Azərbaycanın təbiəti, mədəniyyəti və inkişafı tanıdıldı. interval aktlarında isə musiqimizin nəyə qadir olduğunu bütün avropa gördü!!!

    • Eledir Var olsun kimlerki bu musbiqede bu tedbirde yaxindan istirak edib ve komeklik edib zehmeti emeyi olan herekse esq olsun deyirem Azerbaycanli olaraq

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: