Şuşasız 20 il

Şuşa

Şuşa

Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan  tərəfindən tikilib  və  ilk çağlarda  şəhəri  Şuşa adı  ilə yanaşı  xanın  şərəfinə Pənahabad  adlandırırdılar.  Onun hakimiyyəti illərində, 1757-ci ilə qədər  burada  çoxlu abidələr  tikilib. Onun oğlu İbrahimxəlil  xanın hakimiyyəti illərində  şəhər böyüyüb, müdafiə bəndləri  və qalalar  tikilib. Feodal  ara  müharibələri  dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti  dövründə Şuşa  bütün  Qarabağ  regionunun  inzibati  və  iqtisadi  mərkəzi  olmuş  və  inkişaf  etmişdir. Əsrlər boyu bu  şəhər Azərbaycanın  əsas  siyasi  və mədəni  mərkəzlərindən biri  idi və onun tarixi Azərbaycan dövlətinin  tarixinin ayrılmaz bir hissəsidir.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri  və Moskva ilə ticarət əlaqələri saxlayır burada Pənahabad adlanan gümüş  sikkə zərb edilirdi.

Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol  Daşaltı çayına aparır. “Xəzinə qala” mağarası  da orada yerləşirdi.

Şuşanı “Şərqin konservatoriyası” adlandırırlar – bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların vətənidir: Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

 Azərbaycanın ilk peşəkar pedaqoqu olan görkəmli maarifçi, “Vətən dili”nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas, pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltaraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdur.

8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq siyasətinin qurbanı oldu.

Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası,1200 yerlik internat və s. dağıdılmışdır.

 

 

 

Reklamlar

Mayıs 4, 2012 tarihinde Azərbaycan tarixi içinde yayınlandı. Kalıcı bağlantıyı yer imlerinize ekleyin. Yorum yapın.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: