Böyük xeyriyyəçi

Böyük xeyriyyəçiH.Z.Tağıyev bütün dünyada tanınmış neft milyonçusu idi.O,1838 ci ildə cox kasib bir başmaqçı ailəsində anadan olmuşdur.Atası Tagı kişi Zeynalabdini 12 yaşı olanda bənna yanına şagird qoydu.O,gündə 6 qəpik əmək haqqı alib atasına verirdi.Zeynalabdin 18 yasinda artiq müsteqil bənna kimi çalışırdı. Bir qədər pul yığdıqdan sonra ticarətlə məşğul olmağa başladı.Daha sonra neft işinə həvəsi artdi.1872 ci ildə Bibiheybətdə aldığı torpaq sahəsində neft quyusu qazdırmağa başladı. 6 ildən sonra onun qazdırdığı neft quyusu fontan vurdu.Çox keçmədən Tağıyev Bakının ən varlı adamlarından biri oldu.
H.Z.Tağıyev Azərbaycanın neftini və Vətənimizin başqa sərvətlərini talayıb aparan,azərbaycanlı fəhlələri ən ağır və təhlükəli işlərdə işlədən,xalqımıza yuxarıdan aşağı baxan yadelli milyonçulara,erməni sahibkarlarına nifrət edirdi.Buna görə də öz vəzifəsini təkcə pul qazanmaqla bitmiş hesab etmirdi.O bu puldan, topladığı sərvətdən öz xalqının xeyrinə ağılla istifadə edirdi.Təmənnasız xalqı üçün əvəzsiz işlər gördüyünə görə ona xeyriyyəçi deyirlər.
O,istedadı olan yoxsul və yetim uşaqlar üçün Mərdəkan qəsəbəsində internat məktəb tikdirmişdi.
Böyük xeyriyyəçiÇox çətinliklərlə üzləşməsinə baxmayaraq 1901 ci ildə oktyabrın 7-də Bakıda qız məktəbini açdırdı.Bu məktəbdə Azərbaycan dilinin öyrənilməsinə xüsusi fikir verirdi.
1883 cü ildə Bakının mərkəzində öz torpaq sahəsində teatr binası tikdirdi.1908 ci ildə ilk Azərbaycan operası Leyli və Məcnun məhz bu teatrda tamaşaya qoyuldu.
Bakıda ilk dəfə telefon və teleqrafın işə düşməsi onun adı ilə bağlıdır.
1917 ci ildə Bakıya Şollar suyunu çəkdirdi.
Cənubi Azərbaycanda məktəb açdırmışdı.
Həştərxanda məscid tikdirmişdi.
Bakıda toxuculuq fabriki tikdirmişdi.
Bütöv bir nəslin Azərbaycan üçün görə bilməyəcəyi işi görən ,sovet hakimiyyəti tərəfindən təqib olunub,bütün əmlakı əlindən alınan H.Z.Tağıyev 1924 cü ildə vəfat etmişdir.Böyük insan Mərdəkanda dəfn olunmuşdur.
H.Z.Tağıyevin şərəfinə təkcə Bakıda deyil, Böyük Britaniyanın Edinburq şəhərində də abidə ucaldılmışdır.
Reklamlar

Nisan 24, 2012 tarihinde Azərbaycan tarixi içinde yayınlandı. Kalıcı bağlantıyı yer imlerinize ekleyin. Yorum yapın.

Bir Cevap Yazın

Aşağıya bilgilerinizi girin veya oturum açmak için bir simgeye tıklayın:

WordPress.com Logosu

WordPress.com hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Twitter resmi

Twitter hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Facebook fotoğrafı

Facebook hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Google+ fotoğrafı

Google+ hesabınızı kullanarak yorum yapıyorsunuz. Çıkış  Yap / Değiştir )

Connecting to %s

%d blogcu bunu beğendi: